Tovuzda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri ilə görüş keçirilib
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası və məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə 21 aprel 2022-ci il tarixində Tovuz Rayon Heydər Əliyev Mərkəzində Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayon İcra Hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri ilə görüş keçirilib.
Təşkil olunan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, Respublika üzrə rayon, şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətlərində “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcədə baş vermiş zorakılıq halları ilə əlaqədar cavab tədbirlərinin: hüquqi, sosial və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib. S.Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında bələdiyyələrin, təhsil ocaqlarının rolu, həmçinin zorakılıq törədən və zorakılıq mühitində olan uşaqlarla müvafiq tədbirlərin həyata keçirilməsi barədə görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Görüşdə iştirak edən Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarının Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının sədrləri və üzvləri çıxış edərək baş vermiş məişət zorakılığı halları ilə bağlı Monitorinq qruplarına daxil olmuş müraciətlərin sayı və bu sahədə görülmüş işlər, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər, o cümlədən nikahın pozulması, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi, aliment və.s hallara dair rayon İcra Hakimiyyətlərinə edilmiş müraciətlər barədə məlumatı diqqətə çatdırıblar.
Görüş zamanı məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və bu sahədə bir sıra məsələlər müzakirə edilib.