Bayramlı kəndində İcra başçısının səyyar qəbul-görüşü keçirilib
Bu gün rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşünü Bayramlı kənd sakinləri ilə keçirib.
Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbinin binasında keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlardan bəhs edərək, həmin islahatların məntiqi nəticəsi olaraq bütün regionlarda, o cümlədən Tovuzda vətəndaşların sosial-rifah halının yüksəldiyini, rayonumuzun hər gün daha da inkişaf etdiyini vurğulamışdır.
Daha sonra səyyar qəbula gələn Bayramlı kəndinin sakinlərinin müraciətləri və problemləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib. Vətəndaşların müraciətlərinin bəziləri qanunauyğun şəkildə yerində həll olunub, digər məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.