Tovuzda qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva donorluğun və qan xidmətinin inkişafına xüsusi diqqət ayırırlar. Bu məqsədlə ölkəmizin hər yerində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, həmçinin uşaqların həyatları üçün kütləvi qanvermə aksiyaları keçirilir.
Bu gün Tovuz Hemodializ və diaqnostika məkrəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası təşkil olunub. Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün həyata keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinləri iştirak etmişdir.
Gün ərzində davam etdirilən qanvermə aksiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət etməklə xüsusi tibb briqada tərəfindən aparılıb. Xüsusi şəraitdə yoxlanılan könüllülər, həkim rəyi alındıqdan sonra qan veriblər.