Tovuzda şəhid Məmmədov Elşən Əli oğlunun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib
Bu gün şəhid Məmmədov Elşən Əli oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək 2020-ci ilin sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.
Sonra şəhid Elşən Məmmədovun atası, həyat yoldaşı, ictimaiyyət nümayəndələri çıxış edərək şəhiddən öz xatirələrini, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Qeyd edək ki, Məmmədov Elşən Əli oğlu 18 aprel 1982-ci ildə Tovuz rayonunun Qazıqulu kəndində anadan olub. MAHHXHQ kiçik çavuş olan Elşən Əli oğlu Məmmədov 21 sentyabr 2020-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Tovuz şəhər qəbiristanlığında torpağa tapşırıb.
Allah Şəhidlərimizə rəhmət eləsin.