İcra başçısı Aşağı Mülkülü kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Aşağı Mülkülü kəndində keçirilib.
H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən söz açmış, rayonumuzda son illərdə sosial-infrsatruktur sahələrdə həyata keçirilən və planlaşdırılan layihələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Sonra səyyar qəbulda iştirak edən kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb, bəzi müraciətlərin yerində həll olunması təmin edilib, digər məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.