Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı səfiri Tovuza səfər edib

13 aprel 2022 | 07:00

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Tovuz rayonuna səfər edib. Əvvəlcə səfir Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədovla RİH başçısı aparatında görüşüb. M. Məmmədov görüş zamanı rayonun ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə  məlumat vermişdir.

Vada Cüniçi Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etməsindən danışmış, bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə məlumat vermişdir.

Sonra Vada Cüniçi və Məmməd Məmmədov Tovuz şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək yeni yaradılmış abidə kompleksi və şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad etmişlər.

Rayonla tanışlıq Aşıq Sənəti Dövlət Muzeyi və Dövlət Rəmzləri Muzeyində davam etmişdir. Onlar muzeylərdə sərgilənən, rayonumuzun və ölkəmizin tarixini nümayiş etdirən eksponantlarla tanış olmuşlar. Səfir Aşıq Sənəti Dövlət Muzeyinin xatirə kitabına ürək sözlərini yazmışdır.

Tovuz  Regional “ASAN Xidmət” Mərkəzi və “ABAD” Meyvə qurutma fabrikini də ziyarət edən qonaqlara “ASAN Xidmət” Mərkəzinin iş prinsipi və Meyvə qurutma fabrikində emal olunan və satışa çıxarılan məhsullar barədə məlumat verilmişdir.

Səfər üzüm emalı müəsissəsi, kartof və tərəvəz saxlamaq üçün logistik mərkəz və “Tovuz Aqro” MMC-də yaradılmış şəraitlə tanışlıqdan sonra yekunlaşmışdır.

 

Keçidlər