Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Tovuz” qəzetinin baş redaktorunu 60 illik yubileyi münasibətilə təltif edib

09 aprel 2022 | 16:00

Bu gün “Tovuz” qəzetinin baş redaktoru Çingiz Musayevin (Qəribli) doğum günüdür. 60 illik yubileyi ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov Çingiz Musayevi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etmiş, onu ad günü münasibətilə təbrik edərək işlərində uğurlar arzulamışdır. Çingiz Musayv 60 illik yubileyi ilə əlaqədar göstərilən diqqət və qayğıya görə icra başçısına öz minnətdarlığını bildirmiş, Tovuzun ictimai-siyasi həyatında xidmətini daha böyük səylə davam etdirəcəyini qeyd etmişdir.

Musayev Çingiz 1962-ci il aprel ayının 9-da Tovuz rayonunun Qəribli kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirən Çingiz müəllim, daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olaraq, ali təhsilini burada almışdır. Eyni zamanda rayonumuzun yetişdirdiyi görkəmli yazarlardan olan Çingiz Qəriblinin     ilk mətbu yazısı  "Azərbaycan pioneri" qəzetində, ilk şeiri isə 1976-cı ildə "Kənd həyatı" jurnalında işıq üzü görüb. Ümumilikdə 16 kitabı çap olunan Çingiz Qəribli, 2007-ci ildən “Tovuz” qəzetində müxbir, 2014-cü ildən isə həmin qəzetin baş redaktoru vəzifəsində çalışır.

Çingiz Musayevi (Qəribli) ad günü münasibətilə təbrik edir, bundan sonrakı bütün fəaliyyətində və yaradıcıllığında uğurlar arzulayırıq.

 

 

 

Keçidlər