Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Aprel şəhidi Cəfərov Mirsalam Təvəkkül oğlunun doğum günüdür

07 aprel 2022 | 16:00

Bu gün Tovuz rayonu Bayramlı kəndindən olan şəhidimiz gizir Mirsalam Təvəkkül oğlu Cəfərovun doğum günüdür. Mirsalam Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin tarixinə qızıl hərflərlə düşən 2016-cı il Aprel düyüşləri zamanı şəhid olmuşdur.

Şəhidimizin ad günü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri Mirsalam Cəfərovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyub və  ruhuna dualar oxuyublar.

Mirsalam Təvəkkül oğlu Cəfərov 07.04.1994-cü ildə Tovuz rayonunun Bayramlı  kəndində anadan olub. 2000-2011-ci illərdə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. 2011-ci ildə Hərbi tibb məktəbinə qəbul olmuş, 2013-cü ildə həmin məktəbi bitirib Beyləqan rayon N saylı hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ildə Azərbaycan xüsusi təyinatlı qüvvələrin kursunu keçmişdir. 2015-ci ildə Ankara Xüsusi təyinatlı Qüvvələr məktəbindan məzun olmuş və Azərbaycanda kəşfiyyatçı olaraq xidmətə başlamışdır.

Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı şəhid olmuş və aprelin 11-də doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salınmışdır.

Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər