Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısının səyyar qəbul-görüşü Azaflı kəndində keçirilib

06 aprel 2022 | 16:00

Əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tovuz rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü Azaflı kəndində keçirilib.

Azaflı kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişafdan söz açmış, rayonumuzun hər yerində, o cümlədən Azaflı kəndində bu istiqamətdə görülmüş işlərdən danışmışdır.

Sonra səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb, məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.

 

Keçidlər