Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü qeyd olunub

07 noyabr 2017 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Tovuz şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunmuş partiyanın keçdiyi şərəfli yoldan, ötən 25 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışıb.
Sonra YAP rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirib ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsinin, respublikamızın iqtisadi yüksəlişinin təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və inamını nümayiş etdirib. Xalqımız bu siyasətin bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Tədbirdə üzvlərinin sayı 7 min nəfərə çatan YAP Tovuz rayon təşkilatının fəaliyyətindən, gördüyü işlərdə də söhbət açılıb.
Sonda partiyanın rayonun ictimai-siyasi həyatında fərqlənən üzvləri rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Partiyaya yeni daxil olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

 

Keçidlər