Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Düz Cırdaxan kəndində səyyar qəbulu keçirilmişdir

31 mart 2022 | 16:00

Vətəndaş müraciətlərin dinlənilməsi və qaldırılan məsələlərin araşdırılıb həllinə nail olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi Tovuz Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet təşkil edir. İcra hakimiyyətinin inzibati binasında təşkil olunan vətəndaş qəbulları ilə yanaşı mövcud problemlərin yerində öyrənilib araşdırılması və vətəndaşları narahat edən məsələlərin həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi də həyata keçirilir. Tovuzda keçirilmiş növbəti səyyar qəbul-görüş rayonun Düz Cırdaxan kəndində baş tutub.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl çıxış edən Məmməd Məmmədov Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını, vətəndaşların sosial vəziyyətinin və rifahının daha da yaxşılaşdırılması üçün uğurla həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulamışdır.

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, məsələlərin bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.
 

 

Keçidlər