Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “31 mart-Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib

30 mart 2022 | 16:00

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Konfransı rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açıq elan edərək 31 mart  Azərbaycanlıların soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad  edilmişdir.

Sonra “31 mart Azərbaycanlıların soyqırımı qan yaddaşımızdır” mövzusunda rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Təranə Bayramova, “XX əsrin əvvələrində azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti” mövzusunda Tovuz Dövlət Sosial-iqtisad kollecinin tarix müəllimi Malik Qurbanov, “31 Mart Azərbaycan tarixinin qanlı səlnaməsidir” mövzusunda M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbinin müəllimi İlahə Bayramova, “1918-ci il 31 Mart soyqırımı və onun mərhələli davamı” mövzusunda E.Tağıyev adına Cəlilli kənd tam orta məktəbinin müəllimi Malik Abbasov məruzə ilə çıxış etmişlər.

Konfransı rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov yekunlaşdıraraq qeyd etmişdir ki, bu günki müzakirələr, burada səslənən fikirlər elmi-praktik konfransın səmərəli olduğunu   göstərir və biz hamımız, bütün xalqımız çalışmalıyıq ki, 31 mart soyqırımını bütün dünyaya çatdıraq. İndi bizim hər birimiz bir məsuliyyət nümayiş etdirməklə fəal vətəndaş mövqeyindən çıxış edərək  “31 mart-Azərbaycanlıların soyqırımını günü” dünyada genosid aktı kimi tanıtmalıyıq. Haqlı mövqeyimizin dünya birliyi tərəfindən dəstəklənməsi üçün bu istiqamətdə ardıcıl iş aparmalıyıq.

 

Keçidlər