Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Düz Qırıqlı kəndində keçirilmişdir

30 mart 2022 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbin akt zalında keçirilmişdir.

Səyyar qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşdə çıxış edərək qeyd etmişdir ki, son vaxtlar məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən yerlərdə keçirilən səyyar görüşlər dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən səyyar görüşlərin keçirilməsi yenidən bərpa edilib.

Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi  vətəndaşların yanında olmaq, problemləri ilə maraqlanmaq və müraciətlərini həll etməkdən ibarətdir.

Səyyar qəbulda sakinlərin problemləri İcra başçısı Məmməd Məmmədov tərəfindən dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.

Sakinlər onların müraciətlərinə həssaslıqla yanaşıldığına və həlli istiqamətində operativ tapşırıqlar verildiyinə görə minnətdarlıqlarını ifadə etmişlər.


 

Keçidlər