Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonundakı “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib

20 mart 2022 | 16:00

Tovuz rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Korpus komandirinin müavini-qərargah rəisi polkovnik İdris Məhərrəmov, RİH başçısı aparatının məsul işçiləri, hərbi hissənin rəhbər heyəti və şəxsi heyyəti iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Gimni səsləndirilib.

Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibətilə təbrik edib.Qeyd edib ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin başlatdığı bu şərəfli işi uğurla davam etdirərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Şəxsi heyyətin qarşısında Korpus komandirinin müavini-qərargah rəisi polkovnik İdris Məhərrəmov çıxışında Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edərək, Respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünun qarantıdır. İ.Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin ordumuzun yaradılmasındakı tarixi xidmətlərindən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sahədə apardığı islahatlardan söz açıb. Bu islahatlar nəticəsində  ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaratmağa nail olub.

Sonra 44 günlük Vətən müharibəsində iştirak edən hərbi qulluqçularına medallar təqdim olundu və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuları Fəxri Fərmanlarla təltif  edildi.

Tədbir rayon mədəniyyət mərkəzinin işçilərinin konsert proqramı ilə davam edib.

 

 

Keçidlər