Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 2017-cı ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

16 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilin ötən dövründə ölkənin iqtisadi, siyasi, mədəni, sosial həyatında baş verən məsələlərə münasibətini açıqlamış, 2017-ci ili ciddi iqtisadi islahatlar ili kimi xarakterizə etmişdir. Dövlət başçısının bildirdiyi kimi bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin 9 ayı ərzində valyuta ehtiyatlarımız 4,5 milyard artıb. Ötən dövrdə bütün sahələrdə dinamik inkişaf təmin olunub, qeyri-neft iqtisadiyyatının 2,5 faiz artımına nail olunub. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Bununla əlaqədar Tovuz rayonunda 2017-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və  qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2017-ci ilin 9 ayı rayonumuz üçün də uğurlu olmuşdur.
Cari ilin 9 ayında kənd təsərrüfatı sahəsində məhsul istehsalı 6,1 faiz armışdır. Ümumilikdə rayon üzrə 290 min 244 ton kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 6,1 faiz çoxdur. Məhsul yığımı davam etdirilir.
Biz keçən ildən kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsinə başlamışıq. Cari mövsümdə   6 min 870 kiloqram barama tədarük edilmişdir. Bu sahədə keçən ilə nisbətən 4,4   dəfə artım var. Baramaçılara dövlət qayğısı olaraq 32 min 881 manat subsidiya verilmişdir. Gələn il üçün hədəfimiz barama istehsalını 10 tona çatırmaqdır. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün lazımi dövlət dəstəyi vardır və biz bu il də həm xaricdən gətirilmiş tut tinglərinin əkilməsi, həm də yerli tut ağaclarının sahələrinin genişlənirilməsi ilə məşğul olacağıq.
Əvvələr də qeyd etdiyim kimi bu il tütün əkini sahələri əvvəlki ilə nisbətən 2,5 dəfə artırılaraq 50 hektara çatdırılmışdır. Bu günə kimi tütünçülərimiz 140 tondan çox yaşıl tütün istehsal etmiş və tədarük məntəqələrinə 14 tona yaxın qurudulmuş tütün təhvil vermişlər. Sahələrdə kifayət qədər məhsul vardır və biz  məhsulu sona qədər toplamalı və tədarük məntəqələrinə təhvil verməliyik. Tütünçülük sahəsində 200 nəfərdən çox işçi qüvvəsi çalışır.
Bildiyiniz kimi bu il rayon ərazisində 410 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Hazırda çuğundur sahələrində məhsul yığımı davam edir. İndiyədək İmişli şəkər zavoduna 2 min tona yaxın məhsul təhvil verilmişdir. Əsas vəzifəmiz havalar soyuyanadək istehsal etdiyimiz şəkər çuğundurunu tədarük məntəqəsinə çatdırmaqdır və bu istiqamətdə işlərimizi davam etdiririk.
Cari ilin məhsulu üçün rayonumuzda 20 min 376 hektar dənli bitkilər əkilmişdir. Dənlilərin 19 min 526 hektarı ərzaq buğdasıdır. Ötən illə müqayisədə dənli bitkilərin əkin sahələri 2 dəfə, o cümlədən ərzaq buğdası əkini 1,9 dəfə artmışdır. Payızlıq və yazlıq dənli bitkilərdən 65 min 204 ton məhsul götürülmüşdür ki, bu da ötən illə müqaisədə 2 dəfə çoxdur. Payızlıq dənlilərin orta məhsuldarlığı 32 sentner, ərzaq buğdasının məhsuldarlığı isə 32,3 sentnerdir. Dənli bitkilərin orta məhsuldarlığı ötən illə müqayisədə 0,3 faiz çoxdur. Torpaqlardan səmərəli istifadə olunması istiqamətində görülən tədbirlər nəticəsində bu il demək olar ki, bütün məhsul növləri üzrə məhsuldarlıq ötən illə müqayisədə xeyli artmışdır.  O cümlədən, məhsuldarlıq dən üçün günəbaxanda 55,8 faiz, şəkər çuğundurunda 11,9 faiz, kartofda 5,6 faiz, tərəvəzdə 1,7 faiz, dən üçün qarğıdalıda  0,2 faiz çox olmuşdur. Cari ildə 14 min 72 ton meyvə, 6 min 281 ton üzüm istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur və məhsul yığımı davam etdirilir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması istiqamətində lazımi işlər aparılır.  9 ay ərzində xarici bazarlara 15 milyon 540 min manat dəyərində 31 min 620 ton məhsul göndərilmişdir. O cümlədən 3 min 800 ton pomidor-xiyar, 6 min ton yer kökü, 20 min ton kartof, 1500 ton soğan, 320 ton meyvə ixrac edilmişdir.  Rayonun ixrac potensialının gücləndirilməsi istiqamətində işlər davam etidirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırış və tövsiyyələri rayonumuzda da reallaşmaqdadır. Hazırda 44 hektar sahədə istixana mövcuddur. Bunları 100 hektara çatdırmaq üçün investorlarla iş aparılır. İlin əvvəlindən bəri 3 yeni istixana tikilmiş, 2-nin isə tikintisi davam etdirilir. Bunlar əsasən ixraca hesablanmışdır. 
Cari ilin payızlıq əkinləri üçün 13 min 35 hektar şum qaldırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu artım ona görə mümkün olmuşdur ki, 2017-ci ildə fermerlər tərəfindən lizinq yolu ilə 19 yeni traktor alınmış və lizinq yolu ilə alınmış əkin traktorlarının sayı 122 ədədə çatdırılmışdır. 
Prezident İlham Əliyev nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrdən danışarkən  sənaye zonalarının yaradılması istiqamətində çox mühüm işlər görüldüyünü qeyd etməklə yanaşı demişdir: “Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq... Daxili təlabat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır... Sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər – həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”.
Əvvələr də qeyd etdiyim kimi bu məqsədlə Tovuz şəhərində bütün infrastrukturla əhatə olunmuş 10 hektar torpaq sahəsi ayrılmış və sənaye zonası yaradılması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur.
Dövlətimizin başçısı bildirmişdir ki, bu il ölkədə 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sərvətimizdir, eyni zamanda xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir.
Cənab Prezidentin qeyd etdiyi xalça fabriklərindən biri də bizim rayonda tikilib və istifadəyə verilmək ərəfəsindədir. Burada 150 nəfər işlə təmin olunacaqdır.  
Cənab Prezident çıxışında Aqroparkların yaradılmasının vacibliyini vurğulayaraq bildirmişdir ki, Aqroparkların uğurlu fəaliyyəti həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir. Rayonumuzda da Aqroparkın yaradılması istiqamətində işlər aparılır. Bu məqsədlə Ceyrançöl qışlağında 550 hektar sahə ayrılmış və orada yem bitkiləri əkilməsi üçün  işlərə başlanmışdır. Həmin ərazidə 1000 başlıq heyvandarlıq kompleksinin tikintisinə hazırlıq görülür. Hazırda ərazinin infrastrukturu qurulur.
Rayonda iri buynuzlu malın baş sayı keçən ilin müvafiq dövrünə nisbətən 206 baş artaraq 45 min 511 başa, qoyun-keçilərin sayı isə 912 baş artaraq 228 min 409 başa çatmışdır. Bu dövrdə əvvəlki illə müqaisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 2,6 faiz, yun istehsalı 0,6 faiz çox olmuşdur. Rayonda 5 min 464 arı ailəsi vardır və bu il ondan 60,1 ton məhsul götürülmüşdür.
Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə indiyədək rayona lizinq yolu ilə cəmi 265 baş cins mal gətirilmiş, 9 ay ərzində 401 baş heyvan süni ayalandırılmış və bu dövrdə süni mayalanma yolu ilə 252 baş buzov alınmış və heyvandarlara cins buzovlar üçün dövlət büdcəsindən 25 min 200 manat məbləğində subsidiya verilmişdir.
Cənab prezident qeyd etmişdir ki, infrastruktur layihələri arasında meliorasiya indi ön plandadır, bu il ölkə üzrə 150 min hektar yeni sahəyə suyun veriməsi təmin ediləcəkdir. Suvarılan torpaqların həcmi hər il artırılacaq, kənd təsərrüfatının surətli və intensiv inkişafı təmin ediləcəkdir. Bizim rayonda da torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorativ işlərin həyata keçirilməsi 2017-ci ilin  3-cü rübündə də davam etdirilmişdir. Ağdağ ərazisini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılmış və istismara verilmişdir.
Su mənbələrində, arx və su kanallarında  249 min kub metr lildən təmizləmə işləri aparılmış,  3,6 km boru kəmərində cari təmir işləri yerinə yetirilmişdir. İstismarda olan hidrotexniki qurğular saz vəziyyətdə saxlanılmışdır. Uzun müddətli quraqlıqla əlaqədar müəyyən çətinliklərin olmasına baxmayaraq 16 min hektar sahə su mənbələri vasitəsilə suvarılmış və becərilmişdir.   
Yerlərdən gələn təkliflər əsasında Azaflı və Bayramlı kəndlərində 1000 hektardan çox əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün həmin ərazilərə Tovuzçay su anbarından suyun ötürülməsi ilə bağlı aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış və hazırda həmin məsələyə baxılır. Eyni zamanda Əlibəyli və Hacallı kəndlərinin Xunam adlanan ərazisində olan 150 hektar kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində iş aparılır.
Cari ildə subartezian quyuları vasitəsi ilə 6900 hektardan çox əkin sahələri suvarılmışdır. 159 ədəd subaretizan quyusunda əsaslı, 42 ədəd subartezian quyusunda cari təmir işləri aparılmışdır. Bu il rayon üzrə əkin sahələrinin suvarma suyuna olan tələbatın yaxşılaşdırılması üçün  6 ədəd subartezian quyusu qazılması nəzərdə tutulub və hazırda işin icrası davam etdirilir.
Hesabat dövründə Sahibkarlara Kömək Milli Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 28 layihə üzrə 300 min manat kredit verilmişdir. Bunun hesabına 37 iş yerinin açılması nəzərdə tutulmuşdur. Digər banklardan 3189 fiziki şəxsə 6 milyon 391 min 900 manat vəsait verilmişdir.
Rayonda 1551 yeni iş yeri açılmış, bundan 951-i daimi, 600-ü müvəqqəti işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Bunlar  ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsini təmin edəcəkdir.
Cənab Prezidentin tapşırığına əsasən artıq ölkədə özünüməşğulluq proqramına start verilmişdir. Proqram hər il ölkə üzrə  5-10 min ailəni əhatə edəcək, onlara öz ailə bizneslərini qurmağa imkan verəcək və ünvanlı yardıma ehtiyac qalmayacaq. 9 ay ərzində 7 ailənin hər birinə bir sağmal inək, bir boğaz düyə, bir dana, bir ailəyə 1000 ədəd iri cücə, iki ailənin hər birinə 18 quzulu qoyun verilmişdir. Bu işlər növbəti mərhələlərdə daha çox ailələri əhatə edəcəkdir.
2017-cı ilin 9 ayı üzrə yerli gəlirlərin mədaxil üzrə proqnozu 6 milyon 631 min manata qarşı 7 milyon 285 min  manat, yəni 106,3 faiz icra olunmuşdur. Bu keçən ilin müvafiq dövrünə nisbətən 475 min manat çoxdur. Hesabat dövründə rayon üzrə ümumi xərclərin 76,1 faizi yerli xərclər hesabına keçirilmişdir.
Nazirlər Kabinetinin iclasında cənab Prezident yol infrastrukturu ilə bağlı görülmüş işlər barədə ətarflı danışmışdır. Qeyd etməliyəm ki, son illər rayonumuzda dövlət başçısının müvafiq sərəncamları əsasında yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. İlin əvvəlindən bəri Qovlar-Əyyublu- Alakol- İbrahimhacılı-Qoçdərə-Çobansıxnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun Qovlar-Əyyublu-Alakol hissəsində yenidən qurma işləri tamamlanmış, qalan hissəsində işlər davam etdirilir. Bu günlərdə Yuxarı Öysüzlü-Vahidli-Ağdam, Əlibəyli-Hacallı, Əsrik Cırdaxan-Kirən-Baqallı kəndlərarası yolların əsaslı təmirinə başlanması nəzərdə tutulur. Əvvələr də qeyd etdiyim kimi, yaxın gələcəkdə rayon ərazisində olan bütün kəndlərarası yolların asfaltlaşdırılmasını planlaşdırırıq. Yolların abadlaşdırılması təbii ki, kəndlərimizin sosial-iqtisadi inkişafına və turizmin genişlənməsinə əhəmiyyətli təsir göstərir. Son bir neçə ildə rayona böyük turist axınına nail olmuşuq. Bizim gözəl turizm məkanlarımız var və lazımi infrastruktur da yaradılmışdır.  Hazırda rayonda eyni vaxtda 200-ə yaxın turisti qəbul edəcək otel təsərrüfatları və bilavasitə turist məkanlarında turistlərin qəbulu üçün hazırlanmış 100-dək fərdi evlər vardır. Daha bir otel Xınna dərəsində Zəyəm çayı hövzəsində  tikilir. Bu sahədə fəaliyyət göstərən iş adamlıarına bundan sonra da lazımı dəstək göstəriləcəkdir.
  Hesabat dövründə rayonda tikinti-quraşdırma işlərində xeyli canlanma getmişdir. Bu müddətdə əsas kapitala 14 milyon 785 min 900 manat vəsait yönəldilmişdir. Bu əvvəlki ilə nisbətən faktiki qiymətlərlə  48 faiz artım deməkdir. O cümlədən, tikinti-quraşdırma işləri 51,7 faiz artmışdır. Rayon üzrə adambaşına düşən investisiya 59 manatdan          86,3 manata qalxmışdır.
Doqquz ay ərzində rayonda ümumi sahəsi 27 min 858,5 kv.m olan 235 yaşayış evi istifadəyə verilmişdir. Bunun 168-i kənd yerlərində 67-si isə şəhər ərazilərində tikilmişdir.
Rayonda Tarix Diyarşunaslıq Muzeyinin və Dövlət Bayrağı Muzeyinin tikintisinə başlanılmışdır. Qovlar şəhərində salınan “Dostluq” parkında işlər davam etdirilir. Tovuz şəhərində küçələrin asfaltlaşması və digər abadlıq işləri aparılır.
İnfrastruktur layihələrinin icrası davam etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon üzrə qazlaşmanın səviyyəsi 85 faiz təşkil edir. Əsasən dağlıq ərazilərdə yerləşən 48 yaşayış məntəqəsində qazlaşma işlərinin aparılması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır və bu iş mərhələli qaydada öz həllini tapacaqdır. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir.
Hesabat dövründə rayonda ictimai-siyasi vəziyyət sabit olmuşdur. Hər zaman olduğu kimi xalq-iqtidar birliyinin ab-havası yaşanır.
    İclasda cənab Prezident qəbul olunmuş Dövlət Proramlarının, Strateji Yol Xəritələrinin icrası vəziyyətini ətraflı təhlil etmiş, öz tapşırıqlarını vermiş, bir sıra dövlət qurumlarının bəzi tədbirlərin icrasını gecikdirdiyini vurğulamış və bu kimi halların tezliklə aradan qaldırılmasını tələb etmişdir. Təbii ki, bu mühüm dövlət sənədlərində yerli icra hakimiyyətlərinin də həyata keçirilməsinə məsul olduğu vəzifələr vardır. Ona görə də cənab Prezidentin tapşırıqları bizdən  yüksək məsuliyyət tələb edir və biz üzərimizə düşən vəzifələri vaxtında və kefiyyətlə yerinə yetirməyə borcluyuq.

 

Keçidlər