Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və aztəminatlı ailələrə Novruz sovqatı paylanılıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərirlər.
Bu qayğının davamı olaraq Novruz bayramı münasibətilə Tovuz rayonu ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və aztəminatlı ailələr ziyarət olunub, 700-dən çox ailəyə bayram sovqatları paylanılıb.
Rayonun bütün yaşayış məntəqələrini əhətə edən ziyərətlərdə RİH başçısı aparatının məsul işçiləri şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrinə ölkə rəhbərinin təbriklərini və xoş arzularını çatdırıblar.
Ziyarət olunan ailələr onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.