Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilmişdir

15 mart 2022 | 16:00

Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilmişdir.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov bu istiqamətdə görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan maarifləndirici tədbirlər haqqında məlumat vermişdir.

Daha sonra çıxış edən rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Yaşar Orucov, Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin müəllimi Gülnarə Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbənin müdiri Rasim Tağıyev dini radikalizmə qarşı mübarizədə və milli dövlətçilik ideyalarının formalaşmasında təhsilin xüsusi rol oynadığını  qeyd etmişlər. Eyni zamanda rayonda bu istiqamətdə vaxtında görülmüş tədbirlərin nəticəsi olaraq sağlam dini mühitin yaradıldığını öz çıxışlarında qeyd etmişlər. İştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanmışdır.
 

Keçidlər