Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ:

09 mart 2022 | 16:00

Gənclər və İdman naziri Fərid Qayıbov  11 mart 2022-ci il tarixdə saat 17:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz, Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcəkdir. Qəbula gəlmək istəyən Tovuz rayon sakinləri aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

Gənclər və İdman Nazirliyi

Tel: 0124656571

E.mail: mys@mys.gov.az

Tovuz rayon Gənclər və İdman İdarəsi

Tel: 0503468528

E.mail: tovuzgii@mys.az

Qəbula qeydiyyat 10 mart 2022-ci il, saat 22:00-da başa çatır. 

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev 11 mart 2022-ci il tarixdə saat 11:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Tovuz, Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcəkdir. Vətəndaşlar qəbula yazılmaq üçün 10 mart 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı” Mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Ağstafa, Tovuz və Qazax telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.

Keçidlər