Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri təbrik edildi

08 mart 2022 | 10:00

Tovuz rayon İcra Hakimiyyətinin Akt zalında Vətən müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov şəhid analarını və şəhidlərin həyat yoldaşlarını “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək qeyd edib ki,  Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə seçilib. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirməklə yanaşı döyüşlərdə şücaət göstərib. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında böyük rolu vardır. Biz sizə  xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edirik.

Şəhid anaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyeva və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər