Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

24 fevral 2022 | 16:00

Bu gün Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Xocalı soyqırımının 30-cu  ildünümə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Tovuz rayon Təhsil şöbəsinin məsul işçiləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə iştirak edənlər  məktəbin foesində Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Tədbirin əvəlində Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı faciəsinə həsr edilmiş sənədli film nümayış olunub.

Tovuz rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyən, ailəsi həmin faciə nəticəsində didərgin düşmüş Valeh Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı soyqırımı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. Ermənilərin törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. O gecə 613 nəfər öldürüldü, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil, 8 ailə tamamilə məhv edildi. Dövlətimiz tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi olaraq iş aparılır. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində Zəfərlə başa çatdı. Şəhidlərimizin qisası alındı. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq.

Şagirdlərin ifasında xəyanətkar ermənilərin əməlləri şeirlərdə, səhnəciklərdə məharətlə canlandırılıb.

Sonda "Qarabağa qayıdış-Böyük Zəfərin təntənəsi" başlıqlı ilə qısa metrajlı film nümayiş etdirilib.

Keçidlər