Tovuzda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Tovuzda “Nizami” adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Ağstafa Regional Mədəniyyət idarəsinin müdiri, idarə, müəssisə rəhbərləri, qazilər, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət evinin foesində Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tovuz rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Xocalı Sağalmaz Yaram” adlı ədəbi-bədii kompazisiyası tamaşaçılara təqdim edilib.
Tədbirin sonunda “Xocalı-bir millətin kədəri” adlı film nümayış olunub.