Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan idman yarışı keçirilmişdir

21 fevral 2022 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin və Tovuz rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “STRONGMEN” üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Tovuz rayon Olimpiya İdman Kompleksində baş tutan turnirdə 1999-2000-ci il təvəllüdlü  Gəncə və Mingeçevir şəhələrini, Tovuz və Ağstafa rayonlarını təmsil edən 40-dan çox idmançı iştirak etmişdir.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir

Sonra Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Gənclər və İdman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ordumuz tərəfindən qazanılmış qələbədə itirilmiş torpaqlarımız geri qaytarılmış, düşmənə layiqli cavab verilmişdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli Sərəncamı ilə  Xocalı soyqırımının otuzuncu ildönümünün əlaqədar tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir.”

Çıxışın sonunda İ.Tağıyev Azərbaycanda idmanın inkişafının dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edərək  turnir iştirakçılarına uğurlar  arzulayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə Tovuz, ll yerə Mingəçevir, lll yerə isə Ağstafa komandası layiq görülmüşlər.

Turnirin sonunda qaliblər medal və diplomlarla təltif olunublar.

Keçidlər