Elan
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 08.09.2017-ci il tarixdə saat 1230-da Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Tovuz rayonunda 02231 53599
Şəmkir rayonunda 02230 53049
Gədəbəy rayonunda 02232 60004
Ağstafa rayonunda 02222 52995
Qazax rayonunda 02229 51221
nömrəli telefonlara zəng etmələri xahiş olunur