Tovuzda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya prosesi davam etdirilir
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
Tovuz rayonunda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin vaksinasiya prosesi həyata keçirilir.
Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 194938 doza vaksin vurulub. Bunlardan 85530 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 76619 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza, 32789 nəfər üçüncü doza peyvənd olunanlardır.
Əziz tovuzlular!
Ölkəmizdə Covid-19 xəstəliyinin mutasiyaya uğramış Omicron virusunun yayılma təhlükəsinin artması bu məsələyə ciddi yanaşmağımızı tələb edir. Virusdan qorunmaq üçün Booster dozayla vaksinasiya prosesində fəal iştirak etməyiniz vacibdir.
Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.