Tovuz rayonunun məktəblərində 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilib
Tovuz rayonunun ümumtəhsil müəssisələrində 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Məktəblərdə 20 Yanvar - Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, məktəblilər arasında rəsm, inşa yazı müsabiqələri keçirilmiş, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
Tədbirlərdə qeyd edilmişdir ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.