Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “N” saylı hərbi hissədə bayram tədbirində iştirak edib

01 yanvar 2022 | 03:05

Tovuz rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.   

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul şəxsləri, hərbi hissənin şəxsi heyəti iştirak edib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən Məmməd Məmmədov hərbi hissənin əsgər və zabitlərini bayram münasibəti ilə təbrik edərək 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunmasının Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olduğunu qeyd edib.

İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusununun düşmən üzərində qazandığı Qələbənin tarixi əhəmiyyətindən bəhs edib, iki ildir ki Azərbaycan Xalqının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını yaranmış yeni reallıqlar şəraitində, Qalib Xalq olaraq qeyd etdiyini vurğulayıb, hərbi hissənin şəxsi heyətini bir daha ürəkdən təbrik edərək, onların hər birinə möhkəm cansağlığı, evlərinə ruzi-bərəkət və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş, Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara medallar, rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.

Tədbirdə iştirak edən şəhid övladlarına bayram hədiyyələri paylanıb.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin hazırladığı geniş bayram konserti ilə davam edib.

 

Keçidlər