Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Vüqar Əmrahovun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

25 dekabr 2021 | 16:00

Tovuz rayonunun Xatınlı kəndində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əmrahov Vüqar Mübariz oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Dövlət himni səsləndirilmişdir.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.

Sonra şəhid Vüqar Əmrahovun anası Elnurə Əmrahova, F.Qasımov adına Xatınlı kənd tam orta məktəbin direktoru Amalya Quliyeva, Xatınlı kənd İƏD üzrə nümayəndəsi Nemət Həbibzadə, şəhid Ceyhun İsmayılovun anası Aytəkin İsmayılova çıxış edərək Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səslənib.

Daha sonra tədbir iştirakçıları Xatınlı kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

 Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Əmrahov Vüqar Mübariz oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

 

 

 

Keçidlər