Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır” mövzusunda dəyirmi masa tədbiri keçirilmişdir

13 iyun 2017 | 16:00

Tovuzda rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır” mövzusunda dəyirmi masa tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov qeyd edib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır keçib. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Həmin dövrdə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahat olan xalqın ziyalıları ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Bu qayıdış xalqın istəyi, tarixi zərurət idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin təhlükələrdən xilas olacağına inamı artırdı.
YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki bu qayıdış olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin müstəqilliyini xilas etdi, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Respublikamız böyük sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli dövlətlərdən biridir.

 

Keçidlər