Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Türkiyədən müalicədən qayıdan qazi Nəsirov Kənan Fizuli oğlunu evində ziyarət edib

17 dekabr 2021 | 16:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istimatində atəşkəs rejiminin pozulması zamanı Tovuz rayonunun Hacıalılı kənd sakini Nəsirov Kənan Fizuli oğlu hərbi xidmətdə olarkən döyüş zamanı ağır yaralanmışdır. "YAŞAT" Fondu tərəfindən qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri, YAP Tovuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev bu günlərdə Türkiyədən müalicədən qayıdan Kənan Nəsirovu evində ziyarət ediblər.

Məmməd Məmmədov onun sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlərdən sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.

Qazi Kənan Nəsirov onun müalicəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

 


 

Keçidlər