Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya prosesi uğurla davam etdirilir

14 dekabr 2021 | 16:00

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Tovuz rayonunda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin vaksinasiya prosesi həyata keçirilir.

Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 181473 doza vaksin vurulub. Bunlardan 84790 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 75452 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza, 21231 nəfər üçüncü doza peyvənd olunanlardır.

Əziz tovuzlular!

Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.

Keçidlər