Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda payızlıq əkinlərin vaxtında bəyan edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib

09 dekabr 2021 | 16:00

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin bəyanı prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyaları çərçivəsində Tovuz rayonunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, RİH başçısı aparatının məsul işçiləri, RİH başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Bugünkü tədbirdə qeyd edilən məsələnin - payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi olduğunu qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kəndt Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. Payızlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti dekabrın 30-da başa çatır. Fermerlər EKTİS-də elektron müraciət formalaşdırmaq üçün öz əkinlərini bu tarixədək bəyan etməlidir. Dekabrın 30-dan sonra sistemə məlumatların daxil edilməsi mümkün olmayacaq və ilin sonuna kimi payızlıq əkinlərini bəyan etməyən fermerlər subsidiya almaq hüququnu itirəcəklər. Rəfael Quliyev fermerləri daha mütəşəkkil olmağa, son tarixi gözləmədən öz əkin məlumatlarını bəyan etməyə çağırıb.

Bildirilib ki, əkinlərini vaxtında bəyan edən və müraciətləri təsdiqlənən fermerlər payızlıq əkinlərə görə subsidiyanı fevral-mart aylarında alacaqlar. Subsidiyanı ilin əvvəlində alan fermerlər bu vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf edə biləcəklər.

Bəyan prosesində fermerlərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər və digər məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Açıq dialoq formatında keçirilən görüşlərdə fermerlərə şəxsi kabinetlərin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq sahələrindən nümunələrin aqrokimya laboratoriyalarına təqdim olunması proseduru, 10 hektardan artıq torpaq sahəsi olan mülkiyyətçilərin öz sahələrini sığorta etdirmə zəruriliyi barədə geniş məlumat verilir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbirə yekun vuraraq ətraflı məlumata və bugünkü tədbirin keçirilməsinə görə qonaqlara təşəkkürünü bildirib.

Keçidlər