Tovuzda 3 dekabr Beynəlxalq Əlillər Günü qeyd olundu
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Tovuz rayon Heydər Əliyev Mərkəzində “Həssas Duyğular” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Gənclər və idman idarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının, Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Mərkəzinin rəhbərləri, qazilər və əlillər iştirak ediblər.
İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov və Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək dövlətimizin əlillərə göstərdiyi hərtərəfli qayğıdan bəhs edərək, cənab Prezidentin həyata keçirdiyi sosial yönümlü siyasətdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uğurla yerinə yetirilən humanizm siyasətindən və təşəbbüskarı olduğu xeyriyyə aksiyalarından danışmışlar.
Sonda tədbirdə iştirak edən əlillərə hədiyyələr təqdim olunub.