Tovuzda şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib
Tovuz rayonunun Abulbəyli kəndində Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əliyev Vüqar Mürsəl oğlunun və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mahmudov Emin Pünhan oğlunu xatirələrinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.