Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tütün yığımı başa çatmışdır

30 noyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” icrası çərçivəsində Tovuzda kənd əhalisinin məşğulluğu yüksəlmişdir. Bu Dövlət Proqramının icrası çərçivəsində Tovuz rayonunda “Tovuz Aqro Sənaye” MMC-də yaradılmış tütün qurutma məntəqəsi ötən ildən öz fəaliyyətinə başlamışdır.

Cari ildə rayon ərazisində 100 hektardan çox sahədə tütün əkilmişdir. Tütünçülər bu il yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarını becərərək sahələrdə bol məhsul yetişdirərək onu vaxtında dərib qurutma məntəqəsinə təhvil vermişlər.

Artıq rayonda tütün tədarükü yekunlaşmışdır. Hal-hazırda qurudulmuş 97 ton tütün yarpağı tədarük edilmişdir ki, bu da ötən ildən 26 faiz çoxdur. Mövsüm ərzində tütün sahələrində 250 nəfərdən çox işçi çalışmışdır.

Keçidlər