Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda çağrışaqədər hərbi hazırlıq müəllimlərinin rayon toplantısı keçirilmişdir

04 mart 2017 | 16:00

Rayon təhsil işçilərinin, orta məktəb direktorlarının və hərbi hazırlıq müəllimlərinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov açaraq, bu cür görüşün gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini daha da möhkəmləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Elməddin Cəfərov qurumun bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, şöbə öz fəaliyyətində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət ayırır, bu istiqamətdə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova çıxışında məktəblərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən söz açıb. Qeyd olunub ki, məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulması nəticəsində son illər şagirdlərin hərbi məktəblərə marağının artmasına səbəb olub.
Toplantıda hərbi hazırlıq müəllimlərinə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görəcəyi işlər barədə tövsiyələr verilib.

Keçidlər