Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda YAP-ın 29-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilmişdir

18 noyabr 2021 | 16:00

Xalqımızın Ümumilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümumilli liderimizin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının fəalları Noyabr ayının 18-də partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirmişdir. Kampaniya zamanı 500-ə dək meyvə ağacı, həmişəyaşıl ağaclar və kol bitkiləri əkilərək suvarılmışdır.

Ağacəkmə kampaniyasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov iştirak etmişdir.

Keçidlər