Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

04 mart 2017 | 16:00

Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Heydər Əliyev adına Meydanında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzüblər. Sonra bu il ali hərbi məktəblərə və hərbi liseylərə daxil olmağa hazırlaşan rayon məktəblərinin IX və XI sinif şagirdləri arasında 3,7 kilometr məsafədə kross-qaçış üzrə yarışa start verilib.
“N” saylı hərbi hissədə yarış qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının -möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tovuz rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Olimpiya İdman Kompleksi tikilib.
T. Zeynalov, həmçinin bildirib ki, rayon gəncləri arasında idmanla yanaşı, hərbi sahəyə də maraq ildən–ilə artmaqdadır. Belə ki, son illərdə aparılan düzgün təbliğat nəticəsində 600-ə yaxın tovuzlu gənc ali hərbi məktəblərə və hərbi liseylərə daxil olub. Bu il də 100 gənc ali hərbi məktəblərə və hərbi liseylərə daxil olmağa hazırlaşır.
Yarışda birinci yerə çıxan Cəlilli kənd tam orta məktəbinin şagirdi Nəsir Qasımzadə, ikinci yerin sahibi Bayramlı kənd tam orta məktəbinin şagirdi İlkin Qəmbərov və üçüncü yeri tutan Qaraxanlı kənd tam orta məktəbinin şagirdi Elmin Bayramova qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Keçidlər