Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda COVID-19 xəstəliyi əleyhinə aparılan vaksinasiyada 11251 nəfərə üçüncü doza peyvənd vurulub

15 noyabr 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.

Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlət tərəfindən görülən işlər barədə ətraflı məlumat verilir.

Tovuz rayonunda hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci və üçüncü doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 171625 doza vaksin vurulub. Bunlardan 86863 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 11251 nəfər üçüncü doza peyvənd olunanlardır.

Əziz tovuzlular!

Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.

Keçidlər