İcra başçısı vətəndaşları onlayn qəbul edib
13 noyabr 2021 | 01:00
Tovuz rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunub.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları həftənin bütün günlərində növbədənkənar qəbul olunur.
Bu gün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilib, bir qismi yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.