Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi, Vətən müharibəsi iştirakçısına medalları təqdim olunub
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Tovuz rayon İcra Hakimiyyəti strukturu tərkibində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır.
Həmin şöbənin böyük məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Fərmanzadə Azər Aydın oğlu Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov A. Fərmanzadəyə “Cəbrayılın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallarını təqdim etmiş, ona gələcək həyatında və işlərində uğurlar, daha böyük nailiyyətlər arzulamışdır.