Tovuz şəhərinin mərkəzində Zəfər Günü münasibətilə bayram konserti verilmişdir
Tovuz rayon İcra Hakimiyyəti Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş konsert təşkil etmişdir. Konsertdən əvvəl rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzluları Zəfər Günü münasibətilə təbrik etmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur düşmən üzərində qazandığı Böyük Qələbədən və onun nəticələrindən bəhs etmişdir.
Sonra Respublika və rayon incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunmuş mahnılar səsləndirilmişdir.
Meydana toplaşan minlərlə rayon sakinləri qazilərin, Vətən müharibəsi iştirakçılarının çıxışlarını və rəqslərini böyük hərarətlə və alqışlarala qarşılamışlar.
Tədbir atəşfəşanlıqla başa çatmışıdr.