Tovuzun “N” saylı hərbi hissəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir
Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, hərbi komandirlər və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini R. Zeynalov hərbi hissənin şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə bu gün Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilmişdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusunun olduğunu dilə gətirmiş və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən danışmışdır.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş, Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara medallar, rayon icra hakimiyyətinin Fəxri Fərmanları və xidmətlərində fərqlənən hərbi qulluqçulara hərbi hissənin Fəxri Fərmanları təqdim edilmişdir.