Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 8 Noyabr Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

08 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis olunmuş Azərbaycan Respublikasında Zəfər Günündə Tovuzda ağacəkmə aksiyası təşkil olunub. Aksiya  Tovuz şəhəri, Aşağı Mülkülü, Qazıqulu, Alakol, Düz Qırıqlı, Dönük Qırıqlı kəndlərinin ərazilərində keçirilib.

Ağacəkmə aksiyasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, əmək kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak etmişlər. Aksiyada ümumilikdə 1550 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

 

Keçidlər