Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin nəzərinə!

07 noyabr 2021 | 16:00

Əziz tovuzlular və rayonumuzun qonaqları!

Respublikamızın hər yerində olduğu kimi Tovuz rayonunda da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tərəfindən doğma Vətən torpaqlarımızın düşmən işğalından azad olunmasının birinci ili 8 Noyabr Zəfər Günü böyük təntənə ilə qeyd olunacaqdır.

Tovuz rayon İcra Hakimiyyəti Zəfər Günü münasibətilə 8 noyabr 2021-ci il tarixdə saat 17:00-dan  başlayaraq Heydər Əliyev Meydanında rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı təşkil edəcəkdir.

Tovuz rayon İcra Hakimiyyəti sakinləri və rayonumuzun qonaqlarını konsert proqramını seyr etmək üçün Heydər Əliyev Meydanına dəvət edir.

 

Keçidlər