Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu gənclər Hərbi Qənimətlər Parkını ziyarət etmişlər

06 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində tovuzlu gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunmuşdur.

Gənclərin ekskursiyası Tovuz rayon İcra Hakimiyyətinin və Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Gənclər əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Daha sonra İkinci Fəxri xiyabana gedən gənclər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanını ziyarət edən gənclər  Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Tovuzlu gənclər sonda Hərbi Qənimətlər Parkında olmuşlar. Səfər iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində salınan Hərbi Qənimətlər Parkında “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən və məhv edilən müxtəlif hərbi texnikalar, artileriya qurğuları, zenit-raket kompleksləri və digər eksponatlarla yaxından tanış olmuşlar.

Keçidlər