Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Keçən günlər müqəddəs bir xatirədir” adlı sərgi keçirilir

05 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis olunmuş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində Tovuzda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil olunub.

Tovuzlu Vətən müharibəsi şəhidlərinin mülki həyatda olan fotolarından ibarət “Keçən günlər müqəddəs bir xatirədir” adlı sərgi, bu gündən etibarən Tovuz rayon Mədəniyyət Mərkəzində açılmışdır.

Sərginin açılışında rayon icra hakimiyyəti başçısı aparatının və rayon təhsil şöbəsinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şagirdlər iştirak etmişlər.

8 Noyabr Zəfər Gününə qədər davam edəcək sərgiyə baxmaq istəyənlər saat 09:00-dan 18:00-dək Mədəniyyət Mərkəzinə gələ bilərlər.

Keçidlər