Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Tovuz şəhərində aparılan yolların asfaltlanması işləri ilə yerində tanış olub

05 noyabr 2021 | 02:14

Tovuz şəhəri ərazisində abadlıq-quruculuq sahəsində aparılan kompleks tədbirlər davam etdirilir. Yolların əsaslı təmir olunması proqramına uyğun olaraq Tovuz şəhərinin bir çox küçələrinə asfalt örtük salınaraq abadlıq işləri görülür.  Hazırda şəhərin Əhməd Cavad, Şəhriyar, Mehdi Hüseyn, Mirzə Fətəli Axundov, Eldəniz Quliyev, Mərdan Musayev, Qara Əliyev, Çingiz Mustafayev, Rövşən Məmmədov, Naiq Yusifov, Natiq Əsgərov küçələri və Həzi Aslanov küçəsinin dalanlarının asfaltlanması işləri həyata keçirilir.

İşlərin tikinti norma-qaydalarına uyğun, keyfiyyətlə aparılması diqqətdə saxlanılır. Bununla əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov asfaltlama işləri aparılan ərazilərə gələrək görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər