Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü davam edir

03 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis olunmuş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində Tovuzda Vətən Müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü davam etdirilir.

Həmin görüşlərdən biri Nürəddin Sadıqov adına Alakol kənd tam orta məktəbində baş tutmuşdur. Görüşdə Vətən Müharibəsi iştirakçıları "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş Fərmanzadə Azər Aydın oğlu, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Həsənov Pərvin İkram oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Hacıyev Nahid Vidadi oğlu iştirak etmişdir.

Görüş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və məktəbin direktoru Cəfərova Elmira Səfər qızı Vətən Müharibəsi iştirakçılarını məktəblilərə tanıtdıqdan sonra açıq elan olunmuşdur.

Sonra qazilərimiz çıxış edərək Vətən Müharibəsi zamanı keçdikləri döyüş yolu ilə bağlı məktəbliləri məlumatlandırmış, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun torpaqlarımızı 30 ildən sonra işğaldan azad etməsinin əhəmiyyətini vurğulamış, müharibədən sonra ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət və qayğıdan danışmışlar.

Görüşdə həmin məktəbin şagirdi, Vətən Müharibəsi zamanı şəhid olmuş Hüseynov Cavid Hümbət oğlunun bacısı Hüseynova Ləman Hümbət qızı çıxış edərək qardaşının həyat yolundan fəxr və qürur hissi ilə söz açmışdır.

Məktəblilərlə görüşdən sonra qazilərimiz Vətən Müharibəsi şəhidləri Hüseynov Cavid Hümbət oğlunun, Ələsgərov Sənan Əkram oğlunun, İsmayılzadə Müşfiq Xanlar oğlunun və Nəzərov Emin Zahir oğlunun adlarını daşıyan sinif otaqları ilə tanış olmuşlar.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Keçidlər