Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bədirov Nəcməddin Nurəddin oğlunun doğum günüdür

03 noyabr 2021 | 03:10

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri şəhid Bədirov Nəcməddin Nurəddin oğlunun doğum günü ərəfəsində məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Nəcməddin Nurəddin oğlu Bədirov 08 noyabr 2001-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2007–2018-ci illərdə Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd tam orta məktəbdə təhsil alıb.

Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində nümunəvi əsgər olduğuna görə üç tərifnamə alıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Bədirov 10 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb. Noyabrın 23-də şəhid olduğu təsdiqlənib. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “İgidliyə görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər