Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: əsgərlərə medallar və fəxri fərmanlar elə hərbi hissənin özündə verildi...

02 noyabr 2021 | 16:00

Bu günlərdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov «N» say­lı hərbi hissədə olmuşdur. Səfərin məqsədi hərbi hissənin yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etmək, həm də Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara medalları, eləcə də rayon icra hakimiyyətinin fəxri fərmanlarını və qiymətli hədiyyələrini təntənəli şəkildə təqdim etmək olub.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, müharibə veteranlarının, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov demişdir ki, hərbi hissənin ya­ranma günü əlamətdar bir vax­ta – Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilmiş Zəfər Günü ərəfəsinə təsadüf edir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu zəfəri xalqımıza yaşadan müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu, şəhidlərimiz və siz hərbçilərsiniz.

İcra hakimiyyətinin başçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan uğurlu siyasətdən, ordumuzun yüksək döyüş hazırlığından danışaraq 2020-ci ildə qazanılan şanlı zəfər münasibətilə hərbi hissənin şəxsi heyətini ürəkdən təbrik etmiş, onlara möhkəm can­sağlığı, ailə xoşbəxtliyi və çox şərəfli xidmətlərində uğurlar arzulamışdır.

Sonra mükafatlar təqdim olunmuşdur. Xidmətlərində fərqlənən hərbi qulluqçulara hərbi hissənin fəxri fərmanları verilmişdir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

https://bit.ly/3bv53Uk

Keçidlər